Paytaxtda iki maşın toqquşub, iki nəfər xəsarət alıb

Paytaxtda iki maşın toqquşub, iki nəfər xəsarət alıb Paytaxtın Nərimanov rayonunda, Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
8 Avqust , 2019 07:26
Paytaxtda iki maşın toqquşub, iki nəfər xəsarət alıb

Paytaxtın Nərimanov rayonunda, Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, nəticədə 1963-cü il təvəllüdlü Abbasov Vaqif Mirzahid oğlu və 1993-cü il təvəllüdlü Xudaverdiyev Tural Bayram oğlu xəsarət alıblar.

Yaralılar "təcili yardım"ın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Abbasov Vaqifə döş qəfəsinin küt travması, Xudaverdiyev Turala isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi