Paytaxtda gənc liftin şaxtasına yıxılaraq ağır xəsarət aldı

Paytaxtda gənc liftin şaxtasına yıxılaraq ağır xəsarət aldı Bakıda bədbəxt hadisə baş verib.
Hadisə
6 Mart , 2020 23:43
Paytaxtda gənc liftin şaxtasına yıxılaraq ağır xəsarət aldı

Bakıda bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, mebel istehsalı sexində işləyən 1997-ci il təvəllüdlü Rəhimov Elnur Vüqar oğlu iş zamanı yük liftinə minib. Bu zamanı liftin döşəməsi uçub.

Nəticədə 23 yaşlı gənc üçüncü mərtəbədən şaxtaya düşüb. Müxtəlif bədən xəsarətləri alan Elnur Rəhimov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi