Paytaxtda avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Paytaxtda avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
24 Sentyabr , 2021 07:14
Paytaxtda avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1967-ci il təvəllüdlü İmanov Edson Barat oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ baldır və qasıq sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi