Paytaxtda avtomobil ahıl qadını vuraraq xəsarət yetirib

Paytaxtda avtomobil ahıl qadını vuraraq xəsarət yetirib Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
7 May , 2021 02:40
Paytaxtda avtomobil ahıl qadını vuraraq xəsarət yetirib

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

1950-ci il təvəllüdlü Qasımova Fəridə İsgəndər qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol körpücük sümüyünün və çanağın sınığı diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi