Paytaxtda 56 yaşlı kişi ölü tapılıb

Paytaxtda 56 yaşlı kişi ölü tapılıb Hadisə Nəsimi rayonunda qeydə alınıb
Hadisə
9 Sentyabr , 2017 21:09
Paytaxtda 56 yaşlı kişi ölü tapılıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Bakının Nəsimi rayonunda 1 nəfərin meyiti tapılıb.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata görə, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1961-ci il təvəllüdlü Həbibov İzzətulla Qəzənfər oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi