Paytaxtda 22 yaşlı gənci avtomobil vurub

Hadisə
  • 15 iyun, 2022
  • 04:48
Paytaxtda 22 yaşlı gənci avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Hüseynov İlkin Asim oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.