Paytaxt sakininin 500 manat pulunu quldurluq yolu ilə alan şəxs tutulub

Paytaxt sakininin 500 manat pulunu quldurluq yolu ilə alan şəxs tutulub Quldurluq hadisəsi aprelin 23-də baş verib
Hadisə
10 İyun , 2017 11:44
Paytaxt sakininin 500 manat pulunu quldurluq yolu ilə alan şəxs tutulub

Bakı. 10 iyun. REPORT.AZ/ Bakı sakininə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs tutulub.

"Report"un DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, quldurluq hadisəsi aprelin 23-də baş verib.

Nəsimi Rayon Poli İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Ramil Məmmədovun 500 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Bəxtiyar Şirinov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi