Paytaxt sakini özünü bıçaqlayaraq intihara cəhd edib

Paytaxt sakini özünü bıçaqlayaraq intihara cəhd edib Hadisə Yasamal rayonunda baş verib
Hadisə
15 Aprel , 2017 08:00
Paytaxt sakini özünü bıçaqlayaraq intihara cəhd edib
Courtesy İmage

Bakı. 15 aprel. REPORT.AZ/ Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, Şərifzadə küçəsində yerləşən binaların birində yaşayan 1978-ci il təvəllüdlü Tahirov Zaur Rafiq oğlu mətbəx bıçağı ilə qarın nahiyəsinə bir neçə zərbə vurub.

Xeyli qan itirən Z.Tahirov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi