Paytaxt sakini özünü bıçaqlayaraq intihara cəhd edib

Hadisə
  • 15 aprel, 2017
  • 04:00
Paytaxt sakini özünü bıçaqlayaraq intihara cəhd edib
Courtesy İmage

Bakı. 15 aprel. REPORT.AZ/ Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, Şərifzadə küçəsində yerləşən binaların birində yaşayan 1978-ci il təvəllüdlü Tahirov Zaur Rafiq oğlu mətbəx bıçağı ilə qarın nahiyəsinə bir neçə zərbə vurub.

Xeyli qan itirən Z.Tahirov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.