Yuxarı

Paytaxt sakini evində halsız vəziyyətdə tapılıb

Xilasedicilər halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər

Bakı. 13 fevral. REPORT.AZ/ Axşam saatlarında Bakının Səbail rayonunda mənzildə bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, qurumun xilasetmə qüvvələri hadisə yerinə cəlb edilərək mənzilin giriş qapısını açıb və halsız vəziyyətdə olan 1 vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi