Paytaxt kafesində dava zamanı iki nəfər xəsarət alıb

Paytaxt kafesində dava zamanı iki nəfər xəsarət alıb Tərəflər bir-birilərinə butulka və stul ilə xəsarət yetiriblər
Hadisə
26 Dekabr , 2017 02:41
Paytaxt kafesində dava zamanı iki nəfər xəsarət alıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Bakının Səbail rayonunda dava zamanı iki nəfər xəsarət alıb.

"Report"un xəbərinə görə, Bayıl qəsəbəsində yerləşən kafelərin birində 1962-ci il təvəllüdlü Əliyev Nəsrəddin Novruz oğlu ilə 1985-ci il təvəllüdlü Məmmədov Rəşadət Qafar oğlu əlbəytaxa olub.

Dava zamanı N.Əliyev şüşə butulkanı R.Məmmədovun başına çırpıb. R.Məmmədov isə N.Əliyevi stul ilə vurub. Hər iki tərəf ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin əməkdaşları hadisəni törədən şəxs kimi R.Məmmədovun saxlanılması üçün xəstəxanada növbətçi post təyin edib.

Son xəbərlər

Orphus sistemi