Yuxarı
    Bağlamaq

    Paytaxda sərnişin avtobusunda bədbəxt hadisə baş verib

    Sürücünün qəfil əyləcə basması nəticəsində qadın sərnişinin beli qırılıb

    Bakı. 29 may. REPORT.AZ/ Bakının Nərimanov rayonunda sərnişin avtobusunda bədbəxt hadisə baş verib.

    "Report" xəbər verir ki, hadisə 24 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.

    Keşlə bazarı yaxınlığında ikən sürücünün qəfil əyləcə basması nəticəsində avtobusda olan sərnişinlərdən biri, 1995-ci il təvəllüdlü Salmanova Nərmin İlham qızı arxasıüstə yıxılıb və onun bel nahiyəsi arxa oturacağa dəyərək qırılıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi