Yuxarı

"​PAŞA Bank": Yanğın binanın texniki zonasına və qismən server otağının bir hissəsinə təsir edib

Yanğın bankın əməliyyatlarının normal rejimdə həyata keçirilməsinə hər hansı bir təsir göstərməyib

Bakı. 31 yanvar. REPORT.AZ/ "PAŞA Bank" ASC-nin Yusif Məmmədəliyev küçəsi 15 ünvanında yerləşən binasının texniki zonasında baş verən yanğın hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən lokallaşdırılıb. Bu barədə "Report"a bankın mətbuat xidmətindən məlumat verilib.

"PAŞA Bank"ın Təhlükəsizlik Xidmətinin Direktoru Fuad Paşayevin sözlərinə görə, hazırda yanğının səbəbləri araşdırılır: "Yanğın bankın binasının texniki zonasına və qismən server otağının bir hissəsinə təsir edib. Yanğın bankın əməliyyatlarının normal rejimdə həyata keçirilməsinə hər hansı bir təsir göstərməyib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi