Bakı. 26 iyul. REPORT.AZ/ Bu gün saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda hadisə baş verib.
Bu barədə “Report”a MSN-dən bildirilib.
Baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat veriləcək.
***
Şirvan. 26 iyul. REPORT.AZ/ Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib.
Bu barədə “Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib.
*** 15:55
Bakı. 26 iyul. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyindən “Report”a bildirilib ki, hadisə barədə nazirlikdə məlumat var: “Hazırda bununla bağlı araşdırma aparılır”.
“Report”un bölgə müxbiri isə bildirir ki, artıq hadisə yerinə xeyli sayda təcili tibbi yardım avtomobili cəlb olunub.
*** 15:43
Şirvan. 26 iyul. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda güclü partlayış olub.
“Report”un xəbərinə görə, hadisə nəticəsində ölən və yaralananlar var.
Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.