Bakıda 6200 ədəd partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb

Bakıda 6200 ədəd partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb Bakı. 28 dekabr. REPORT.AZ/ Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Hadisə
28 Dekabr , 2018 11:17
Bakıda 6200 ədəd partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb
0 : 00
0 : 00

Bakı. 28 dekabr. REPORT.AZ/ Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik və Bakı Şəhər Baş Polis idarələri əməkdaşlarının keçirdikləri növbəti reydlər zamanı Mircəlal küçəsində, “Sədərək” ticarət mərkəzində və Binə qəsəbəsi ərazisində 4 mağazadan ümumilikdə 6200 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi