Parisdə Azərbaycan Demokratik Respublikasının nümayəndələrinin xatirəsi yad edilib - FOTO

Parisdə Azərbaycan Demokratik Respublikasının nümayəndələrinin xatirəsi yad edilib - FOTO Paris. 20 yanvar. REPORT.AZ/ Həmvətənlərimiz Fransanın paytaxtı Parisdə 20 Yanvar faciəsinin 28 illiyi münasibətilə Azərbaycan Demokratik Respublikasının nümayəndələrinin məzarını ziyarət ediblər.
Hadisə
20 Yanvar , 2018 16:13
Parisdə Azərbaycan Demokratik Respublikasının nümayəndələrinin xatirəsi yad edilib - FOTO
Report

Paris. 20 yanvar. REPORT.AZ/ Həmvətənlərimiz Fransanın paytaxtı Parisdə 20 Yanvar faciəsinin 28 illiyi münasibətilə Azərbaycan Demokratik Respublikasının nümayəndələrinin məzarını ziyarət ediblər.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, ölkəmizin YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Azərbaycan diasporunun nümayəndələri və digər şəxslər bu ölkədə dəfn olunmuş Əlimərdan bəy Topçubaşovun, Ceyhun bəy Hacibəyli və onun ailə üzvlərinin, Əkbərağa Şeyxülislamovun, Nadir Əsədullayevin və Azərbaycan Demokratik Respublikasının digər nümayəndələrinin məzarları üzərinə əklil qoyublar. 

Ziyarətçilər Fransanın San-Klu, Bobinyi və Monparnas qəbiristanlıqlarına da gedərək orada dəfn olunan azərbaycanlıların məzarlarını ziyarət ediblər.

Son xəbərlər

Orphus sistemi