Pakistan və Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlı məhkəməyə müraciət edib

Pakistan və Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlı məhkəməyə müraciət edib İşə hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq
Hadisə
14 Oktyabr , 2017 10:21
Pakistan və Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlı məhkəməyə müraciət edib
Reuters

Bakı. 14 oktyabr. REPORT.AZ/ Suriya və Pakistanda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə təqsirləndirilən Rövşən Qədirov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas oktybarın 16-na təyin edilib.

İşə hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.

İttiham aktına əsasən, Azərbaycanın Quba rayonunun sakini R.Qədirov qazanc üçün Türkiyəyə gedib. Orada İbrahim adlı Türkiyə vətəndaşı ilə tanış olub, o, R.Qədirova Pakistandakı proseslər, silahlı islamçı qrupların şəriətin müdafiəsi uğrunda fəaliyyəti və onların "müsəlmanlara zülm edənlərə" qarşı mübarizələri haqqında məlumat verib.

İbrahimin təsiri altında R.Qədirov 2009-cu ildə cihad üçün Pakistana gedib və "Yunus" ləqəbli komandirin rəhbərlik etdiyi "Türk camaatı"na qoşulub.

Amma sonradan onun digər mücahidlərlə fikir ayrılıqları yaranıb və 2010-cu ilin martında Türkiyəyə qayıdıb. 2011-ci ilin sentyabrında R.Qədirov yenidən cihadda iştirak etməyə qərar verib, bu dəfə Suriyaya yola düşüb. Amma 2012-ci ilin yanvarında yaralandıqdan sonra R.Qədirov Türkiyəyə qayıdıb.

O bu il aprelin 17-də Azərbaycana gəlib və bir müddət sonra həbs olunub.

R.Qədirov ittihamları qəbul etməyib, Pakistanda, ümumiyyətlə, olmadığını, Suriyaya isə humanitar yardım aparmaq üçün getdiyini bildirib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi