Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Təhsil və Hazırlıq İdarəsinin baş direktoru, general-mayor Saqib Mehmud Malikin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
Qonaqları salamlayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov onlara Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, hərbi təhsil sistemində dünyanın aparıcı ölkələrinin qabaqcıl təcrübəsinin tətbiqi barədə məlumat verib.
Görüşdə həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.