Özünü MTN əməkdaşı kimi təqdim edərək yarım milyonluq dələduzluq edən qadının məhkəməsi başlaylb

Özünü MTN əməkdaşı kimi təqdim edərək yarım milyonluq dələduzluq edən qadının məhkəməsi başlaylb Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib
Hadisə
16 Mart , 2017 17:03
Özünü MTN əməkdaşı kimi təqdim edərək yarım milyonluq dələduzluq edən qadının məhkəməsi başlaylb

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra A.Akimovanın vəkili vəsatətlə çıxış edib. O, müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib.
Zərərçəkmiş şəxslər və dövlət ittihamçısı vəsatətin təmin olunmamasını tələb ediblər.

Vəsatət təmin olunmayıb. Məhkəmənin baxış iclası isə martın 31-nə təyin edilib.

Qeyd edək ki, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onlara 500 min manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir. 

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi