Özünü körpüdən yerə atan qızın intihara cəhd etməsinin səbəbi məlum olub

Özünü körpüdən yerə atan qızın intihara cəhd etməsinin səbəbi məlum olub Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanılıb
Hadisə
28 İyul , 2017 08:00
Özünü körpüdən yerə atan qızın intihara cəhd etməsinin səbəbi məlum olub
Courtesy İmage

Bakı. 28 iyul. REPORT.AZ/ Özünü körpüdən yerə atan qızın intihara cəhd etməsinin səbəbi məlum olub

"Report"un xəbərinə görə, ötən gün Bakı-Sumqayıt şossesində Masazır qəsəbəsində özünü körpüdən yerə atan H. L. təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun qapalı kəllə-beyin travması aldığını bildirib. Onun uzun müddətdir xroniki depressiyadan əziyyə çəkdiyi məlum olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Son xəbərlər

Orphus sistemi