Özünü icra hakimiyyətinin işçisi kimi təqdim edən şəxsə hökm oxunub

Özünü icra hakimiyyətinin işçisi kimi təqdim edən şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Teyyub Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hadisə
6 Sentyabr , 2019 12:15
Özünü icra hakimiyyətinin işçisi kimi təqdim edən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Teyyub Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, T.Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Teyyub Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilir.

İttihama görə, o, özünü Şirvan Şəhər İcra Hakimiyyətinin adamı kimi təqdim edərək müxtəlif şəxslərlə rəsmi sənədlərin hazırlanması xidmətini göstərmək adı ilə vətəndaşlardan pul alıb.

Orphus sistemi