Özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edərək vətəndaşı aldadan şəxsin məhkəməsi başlayıb

Özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edərək vətəndaşı aldadan şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası oktyabrın 19-na təyin edilib
Hadisə
13 Oktyabr , 2017 10:59
Özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edərək vətəndaşı aldadan şəxsin məhkəməsi başlayıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Şükürovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 19-na təyin edilib.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) vətəndaş Asif Əsədullazadə müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulunun mənimsənildiyini bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Sabirabad rayon sakini R.Şükürov saxlanılıb.

Onun yaşadığı evdən hüququ-mühafizə orqanlarına məxsus xüsusi geyim forması və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi