Özlərini “ASAN Xidmət”in əməkdaşı kimi təqdim edənlər barəsində cinayət işi başlanılıb

Özlərini “ASAN Xidmət”in əməkdaşı kimi təqdim edənlər barəsində cinayət işi başlanılıb Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir
Hadisə
15 Fevral , 2016 12:17
Özlərini “ASAN Xidmət”in əməkdaşı kimi təqdim edənlər barəsində cinayət işi başlanılıb

Bakı. 15 fevral. REPORT.AZ/ Vətəndaşlara özlərini “ASAN Xidmət” mərkəzinin vəzifəli şəxsi kimi təqdim edərək onlara qarşı dələduzluq etmiş şəxslərin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı Nərgiz Elçiyevanın, özünü Bakı şəhər 4 saylı “ASAN Xidmət” mərkəzinin direktorunun köməkçisi kimi təqdim edən Rəşad Rəcəbov vasitəsi ilə Bakı şəhər sakinini mərkəzin maliyyə şöbəsinə işə qəbul etdirəcəyi adı ilə aldadaraq 1200 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi