Ötən il paytaxtda 65 qətlin üstü açılıb

Ötən il paytaxtda 65 qətlin üstü açılıb
Hadisə
22 Yanvar , 2020 18:01
Ötən il paytaxtda 65 qətlin üstü açılıb

2018-ci ildə Bakı şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 11813 hadisə qeydə alındığı halda, 2019-cu ildə 637 hadisə, yəni 5,4% azalaraq 11176 hadisə olub, onların açılma faizi 0,4 % azalaraq 79,8 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 30 hadisə və ya 2,3 % azalaraq 1278 olub.

"Report"un xəbərinə görə, bunu Bakı şəhər prokuroru İlqar Abbasov əməliyyat müşavirəsində deyib.

2019-cu ildə qeydə alınan 66 qəsdən adamöldürmə cinayətinin (2018-ci ildə 66 hadisə) 1-i istisna olmaqla, habelə 26 qəsdən adamöldürməyə cəhd cinayətinin (2018-ci ildə 32 hadisə) hamısının açılması təmin edilib.