Ötən il Azərbaycanda istehsalat qəzalarında 5 nəfər qadın ölüb

Ötən il Azərbaycanda istehsalat qəzalarında 5 nəfər qadın ölüb Keçən il ərzində istehsalat qəzalarında ümumilikdə 50 nəfər dünyasını dəyişib
Hadisə
9 Sentyabr , 2016 14:08
Ötən il Azərbaycanda istehsalat qəzalarında 5 nəfər qadın ölüb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Ötən il Azərbaycanda istehsalat qəzalarında 5 nəfər qadın ölüb.

Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən il ərzində istehsalat qəzalarında 50 nəfər ölüb ki, onlardan 5-i qadın olub.

2015-ci ildə dünyasını dəyişən qadınlar daha çox emal sənayesində çalışanlar olub.

Ötən il emal sənayesində çalışan 9 kişi, 3 qadın dünyasını dəyişib. Tikinti sahəsində çalışanlardan isə 13 kişi, bir qadın dünyasını dəyişib. Daha bir qadın isə nəqliyyat və anbar təsəsrrüfatı sahəsində çalışanlardan olub. Qeyd olunan sahədə çalışanlardan 6 kişi ölüb.  

Son xəbərlər

Orphus sistemi