Ötən il Azərbaycanda ekoloji hüquqpozmalarla bağlı 212 cinayət işi başlanılıb

Ötən il Azərbaycanda ekoloji hüquqpozmalarla bağlı 212 cinayət işi başlanılıb "2022-ci ildə Baş Prokurorluq tərəfindən ekoloji hüquqpozmalarla bağlı 212 cinayət işi, 124 inzibati xəta haqqında iş üzrə icraat başlanıb, 22 vəzifəli şəxs barəsində təqdimat verilib".
Hadisə
27 Yanvar , 2023 10:38
Ötən il Azərbaycanda ekoloji hüquqpozmalarla bağlı 212 cinayət işi başlanılıb

"2022-ci ildə Baş Prokurorluq tərəfindən ekoloji hüquqpozmalarla bağlı 212 cinayət işi, 124 inzibati xəta haqqında iş üzrə icraat başlanıb, 22 vəzifəli şəxs barəsində təqdimat verilib".

“Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.

"Həmçinin, ekoloji hüquqpozmalara dair məlumatlar araşdırılan zaman ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 486 min 621 manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bununla yanaşı, kəsilmiş ağacların əvəzinə 493 min manat dəyərində yeni ağacların əkilməsi təmin edilib", - Baş prokuror vurğulayıb.

Son xəbərlər

Orphus sistemi