Ötən il 442 nəfər könüllü olaraq Avropadan Azərbaycana qayıdıb

Ötən il 442 nəfər könüllü olaraq Avropadan Azərbaycana qayıdıb Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi könüllü olaraq mənşə ölkəsinə qayıdan 478 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərib.
Hadisə
18 Yanvar , 2022 15:06
Ötən il 442 nəfər könüllü olaraq Avropadan Azərbaycana qayıdıb

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi könüllü olaraq mənşə ölkəsinə qayıdan 478 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərib.

BMqT-dən "Report"a verilən məlumata görə, Təşkilatın Azərbaycandakı nümayəndəliyi hazırda Avstriya, Almaniya, Belçika, Çexiya, Estoniya, Finlandiya, İslandiya, İspaniya, Niderland Krallığı, Latviya, Litva, Serbiya, Yunanıstan və Türkiyədən könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir.

2021-ci il ərzində BMqT-nin dəstəyi ilə 442 nəfər könüllü olaraq ölkəyə qayıdıb. Qayıtmış şəxslər ən çox Almaniyadan (354 nəfər), Niderland Krallığından (41 nəfər), Türkiyədən (9 nəfər) və Avstriyadan (8 nəfər) olub.

KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan şəxslərə reinteqrasiya planlarının tərtib edilməsi ilə bağlı görüşlər keçirilib, bunun nəticəsi olaraq ümumilikdə 478 nəfər yardımlardan faydalanıb.

BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən reinteqrasiya yardımı göstərilən 478 nəfərdən 112 nəfərə nağd, 82 nəfərə qeyri-nağd şəkildə, yerdə qalan 284 nəfərə isə həm nağd, həm də qeyri-nağd şəkildə yardım olunub.

KQYR layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım və tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilib. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurub.

Son xəbərlər

Orphus sistemi