Ötən il 100-dən artıq şəxs rüşvət cinayətlərində ittiham edilib

Ötən il 100-dən artıq şəxs rüşvət cinayətlərində ittiham edilib Hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq
Hadisə
279
9 Mart , 2021 17:51
Ötən il 100-dən artıq şəxs rüşvət cinayətlərində ittiham edilib

2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 298 şəxs barəsində 214 cinayət işinin ibtidai istintaqı tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Onlardan 281 şəxs barəsində cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilən işlərdən 39 şəxs barəsində 33 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə, 43 şəxs barəsində 35 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 18 şəxs barəsində 12 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 70 şəxs barəsində 34 iş rüşvət alma, 57 şəxs barəsində 35 iş rüşvət vermə və şəxsi rüşvət verməyə təhriketmə, qalanları isə digər faktlarla bağlı olub.

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi