Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb Bakı. 7 may. REPORT.AZ/ Ötən iki gündə Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
7 May , 2018 09:09
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Bakı. 7 may. REPORT.AZ/ Ötən iki gündə Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 5-dən 7-dək ölkədə 184 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi