Ötən həftə DİN əməkdaşları axtarışda olan 87 nəfəri həbs edib

Ötən həftə DİN əməkdaşları axtarışda olan 87 nəfəri həbs edib Faktlarla bağlı müvafiq polis idarə və şöbələrində araşdırmalar aparılır
Hadisə
8 Dekabr , 2014 19:30
Ötən həftə DİN əməkdaşları axtarışda olan 87 nəfəri həbs edib

Bakı. 8 dekabr. REPORT.AZ/ Ötən həftə (1-7 dekabr) müddətində Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib. Bu barədə “Report” rəsmi mənbələrə istinadən xəbər verir.

Həmin müddətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.

Ötən həftə ərzində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 87 nəfər DİN əməkdaşları tərəfindən tutularaq istintaq orqanlarına təhvil verilib.

Qeyd olunan faktlarla bağlı müvafiq polis idarə və şöbələrində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi