Ötən həftə Azərbaycanın avtomobil yollarında qəzalar zamanı 20 nəfər ölüb, 68 nəfər yaralanıb
Hadisə
8 dekabr 2014
16:39


Bakı. 8 dekabr. REPORT.AZ/ Ötən həftə (1-7 dekabr) müddətində Azərbaycanın avtomobil yollarında 41 yol-nəqliyyat hadisəsi baş verib. “Report” rəsmi mənbələrə istinadən xəbər verir ki, həmin qəzalar zamanı 20 nəfər ölüb, 68 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Qeydə alınan qəzalarla bağlı müvafiq polis idarələrində araşdırmalar davam etdirilir.
Son xəbərlər
