Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Hadisə
  • 13 may, 2022
  • 06:05
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, mayın 12-də respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.