Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Hadisə
  • 05 may, 2022
  • 05:56
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, mayın 4-də respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.