Ötən gün Bakıda yol qəzalarında 4 nəfər ölüb - VİDEO

Ötən gün Bakıda yol qəzalarında 4 nəfər ölüb - VİDEO Ötən gün respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
Hadisə
11 Dekabr , 2019 15:05
Ötən gün Bakıda yol qəzalarında 4 nəfər ölüb - VİDEO

Ötən gün respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 10-u saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Şabran rayon sakini Təbriz Ağayev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini Tural Cabbarlını və Füzuli rayon sakini Dilarə Sultanovanı vurub.

Nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Binəqədi rayonunda qeydə alınan daha bir yol-nəqliyyat hadisəsi zamanı da piyada dünyasını dəyişib.

Belə ki, dekabrın 10-da saat 18 radələrində Binəqədi rayonunun Mehdiabad gənclər şəhərciyinin ərazisində orada yaşayan Adil Məmmədov idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Tamella Fərhadovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Baş verən hər iki qəza ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində araşdırma aparılır.

Dekabrın 10-da daha bir ağır yol nəqliyyat hadisəsi saat 21 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib. Hadisə zamanı qəsəbə sakini Ağarəfi Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Həlimə Musayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada dünyasını dəyişib.

Qəza ilə bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi