Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb

Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb Bakı. 26 iyun. REPORT.AZ/ İyun ayının 25-dən 26-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
26 İyun , 2018 09:55
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb
Report
0 : 00
0 : 00

Bakı. 26 iyun. REPORT.AZ/ İyun ayının 25-dən 26-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə, ümumilikdə, 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi