Ötən gün yol-nəqliyyat hadisələri nəticəsində 2 nəfər ölüb

Ötən gün yol-nəqliyyat hadisələri nəticəsində 2 nəfər ölüb Axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
Hadisə
7 Fevral , 2018 08:43
Ötən gün yol-nəqliyyat hadisələri nəticəsində 2 nəfər ölüb
Foto^ Report.az

Bakı. 7 fevral. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.

“Report” xəbər verir ki, həmçinin axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi