Ötən gün toylara görə daha 8 nəfər cərimələnib

Ötən gün toylara görə daha 8 nəfər cərimələnib Noyabrın 2-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 55 toy şənliyinin monitorinqini həyata keçirib.
Hadisə
5 Noyabr , 2021 11:54
Ötən gün toylara görə daha 8 nəfər cərimələnib
0 : 00
0 : 00

Noyabrın 2-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 55 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, monitorinq 49 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 255 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Son xəbərlər

Orphus sistemi