Ötən gün toylara görə 3 nəfər cərimələnib, 116 nəfər şənliyə buraxılmayıb

Ötən gün toylara görə 3 nəfər cərimələnib, 116 nəfər şənliyə buraxılmayıb Ötən gün toylara görə 3 nəfər cərimələnib, 116 nəfər şənliyə buraxılmayıb.
Hadisə
5 Mart , 2022 09:07
Ötən gün toylara görə 3 nəfər cərimələnib, 116 nəfər şənliyə buraxılmayıb

Ötən gün toylara görə 3 nəfər cərimələnib, 116 nəfər şənliyə buraxılmayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 4-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 222 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 219 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 116 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Son xəbərlər

Orphus sistemi