Ötən gün respublikamızda axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib

Ötən gün respublikamızda axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib Bakı. 30 mart. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 97 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.
Hadisə
30 Mart , 2018 08:43
Ötən gün respublikamızda axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib

Bakı. 30 mart. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 97 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

"Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 34 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Orphus sistemi