DİN: Ötən gün ərzində 115 cinayət faktı qeydə alınıb

DİN: Ötən gün ərzində 115 cinayət faktı qeydə alınıb Bakı. 27 dekabr. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
27 Dekabr , 2018 10:49
DİN: Ötən gün ərzində 115 cinayət faktı qeydə alınıb
0 : 00
0 : 00

Bakı. 27 dekabr. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 115 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 28 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi