Ötən gün cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Hadisə
  • 31 yanvar, 2018
  • 04:41
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 104 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onların 19-u "isti izlər"lə açılıb.

Axtarışda olduğuna görə 18 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

44 filmi