Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb Avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb
Hadisə
19 Yanvar , 2018 09:24
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi