Yuxarı

Ötən gün Azərbaycanda baş verən 6 yol qəzasında beş nəfər ölüb

Bütün yol nəqliyyat hadisələri rayonlarda qeydə alınıb

Bakı. 16 iyul. REPORT.AZ/ Ötən gün Azərbaycanda baş verən 6 yol qəzasında beş nəfər ölüb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xəbərə görə, iyulun 15-də saat 14 radələrində Siyəzən rayonunun Zarat kəndində Abşeron rayonu Masazır qəsəbə sakini Rakim Şahməmmədov idarə etdiyi "Mitsubishi" markalı avtomobili aşırıb. Nəticədə R. Şahməmmədovun sərnişini həmyerlisi Etibar Şahməmmədov və oğlu Haldun xəstəxanaya yerləşdiriliblər. Etibar Şahməmmədov hadisə yerində ölüb.

Növbəti yol nəqliyyat hadisəsi Lənkəran rayonunun Qumbaşı kəndində baş verib. Məlumata görə, iyulun 15-də saat 14 radələrində Lənkəran rayonunun Qumbaşı kəndində Astara rayon sakini Elçin Musayevin və Salyan rayon sakini Razim Xuduyevin idarə etdikləri "Shacman" markalı avtomobillər toqquşub. Nəticədə E.Musayev hadisə yerində dünyasını dəyişib. 

Ölümlə nəticələnən digər yol-nəqliyyat hadisəsi Ağsu şəhəri ərazisində qeydə alınıb. Belə ki, iyulun 15-də saat 23 radələrində Ağsu şəhəri ərazisində şəhər sakini Yusif Sultanovun idarə etdiyi "VAZ-2106" və Masallı rayon sakini Mirsəlim Salmanovun idarə etdiyi "İveco" markalı avtomobillər toqquşub. Nəticədə Y.Sultanov hadisə yerində ölüb.

İyulun 15-də Saatlı rayonunun Bəylər kəndində Beyləqan rayon sakini Elman Behbudov idarə etdiyi "QAZ-53" markalı avtomobillə yolu keçən kənd sakini Afər Nuruşovu vurub və idarəetməni itirdiyindən avtomobili yolun kənarında dayanan Qaracalar kənd sakini Şövqi oğlu Əzizova məxsus "VAZ-21011" markalı avtomobilə çırpıb. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Dünən daha bir ölüm halı Ağdamın Sarıcalı kəndində baş verib. Məlumata görə, Ağdamın Sarıcalı kəndində rayonun Baharlı kənd sakini Qabil Sadıqov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü xəstəxanaya yerləşdirilib və orada ölüb.

Bundan başqa, Gəncə şəhərinin Kəpəz rayonunda müəyyən edilməmiş avtomobillə şəhər sakini Kamil Nadirovun idarə etdiyi "Muravey" markalı motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü xəstəxanaya yerləşdirilib. Gəncə ŞBPİ əməkdaşları hadisənin “QAZ-53” markalı avtomobilin sürücüsü Gəncə şəhər sakini Mirzə İsmayılov tərəfindən törədilməsini müəyyən edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi