Ötən gün Azərbaycanda 126 cinayət faktı qeydə alınıb

Ötən gün Azərbaycanda 126 cinayət faktı qeydə alınıb Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların 24-ü “isti izlər”lə açılıb.
Hadisə
17 Yanvar , 2018 09:02
Ötən gün Azərbaycanda 126 cinayət faktı qeydə alınıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların 24-ü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi