Ötən gün axtarışda olan 26 nəfər saxlanılıb

Ötən gün axtarışda olan 26 nəfər saxlanılıb Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də 37 cinayətin üstü açılıb.
Hadisə
158
5 Mart , 2020 08:50
Ötən gün axtarışda olan 26 nəfər saxlanılıb

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də 37 cinayətin üstü açılıb. 

"Report" Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, onlardan 22-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 20 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi