DİN: Ötən gün 70 nəfər toylara buraxılmayıb

DİN: Ötən gün 70 nəfər toylara buraxılmayıb Noyabrın 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 335 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 331 ş
Hadisə
27 Noyabr , 2021 10:40
DİN: Ötən gün 70 nəfər toylara buraxılmayıb

Noyabrın 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 335 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 331 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

DİN-dən "Report"a verilən məlumata görə, monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 70 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Son xəbərlər

Orphus sistemi