Ötən gün 4 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb

Ötən gün 4 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb Axtarışda olduğuna görə 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
Hadisə
15 Fevral , 2018 08:41
Ötən gün 4 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb

Bakı. 15 fevral. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

DİN-dən "Report"a verilən məlumata görə, axtarışda olduğuna görə 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilir ki, respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Həmçinin daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi