Ötən gün 111 cinayət faktı qeydə alınıb

Ötən gün 111 cinayət faktı qeydə alınıb Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb
Hadisə
25 Yanvar , 2018 09:10
Ötən gün 111 cinayət faktı qeydə alınıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Ötən gün, yanvarın 24-də respublikanın daxili işlər orqanları 111 cinayət faktı qeydə alıb, onların da 18-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi