Ötən ay Naxçıvanda qanunvericiliyin tələblərini pozan 40 nəfər əcnəbi aşkarlanıb

Ötən ay Naxçıvanda qanunvericiliyin tələblərini pozan 40 nəfər əcnəbi aşkarlanıb 5 nəfər barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib
Hadisə
12 Oktyabr , 2017 09:30
Ötən ay Naxçıvanda qanunvericiliyin tələblərini pozan 40 nəfər əcnəbi aşkarlanıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ötən ay muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozan 40 nəfər əcnəbi aşkarlanıb.

"Report" xəbər verir ki, onlardan 35-i barəsində Azərbaycan ərazisini 48 saat ərzində tərketmə, 5 nəfər barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.

Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan vətəndaşları tərəfindən 838 müraciət daxil olub. Bu müraciətlərdən 96-sı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Sentyabr ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı xidmət tərəfindən 742 müraciət qeydə alınaraq icrası təmin olunub.

Son xəbərlər

Orphus sistemi