Ötən ay Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb
Hadisə
- 18 iyul, 2024
- 04:35
Ötən ay Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb.
“Report”un Qərb bürosunun məlumatına görə, 1969-cu il təvəllüdlü Vüqar Həsənovun meyiti aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, iyun ayının 20-də Qax rayon Qaysarlı kənd sakini Hümbətov Rövşən Hümbət oğlu və Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlu Alazan çayının Mingəçevir Su anbarının, Samux rayon ərazisinə tökülən hissəsində qayıqdan suya düşüb və batıblar.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Qax rayon sakini, Rövşən Hümbət oğlu Hümbətovun meyiti öncədən tapılıb və aidiyyəti üzrə təhvil verilmişdi.
Onların hər ikisi balıqçı olub.
Son xəbərlər
01:35
Afrika ölkələri Benində qoşun yerləşdirəcək
Digər ölkələr01:12
Benin Prezidenti: Dövlət çevrilişinə cəhdin qarşısı alınıb
Digər ölkələr01:03
Nigeriya qırıcıları Benində çevrilişə cəhd edənləri bombalayıb
Digər ölkələr00:47
Sumqayıtda 7 aylıq körpə qızdırmadan ölüb
Hadisə00:17
Bakı-Qazax magistralında avtomobil qəzası olub, xəsarət alanlar var
Hadisə00:08
Araşdırma: İnsanlar birlikdə işləyərkən beyin fəaliyyətini "sinxronlaşdıra" bilirlər
Elm və təhsil23:54
Slovakiya Avropa İttifaqının miqrasiya paktına qarşı çıxıb
Digər ölkələr23:31
ABŞ İsrail və Qətəri barışdırmaq istəyir
Digər ölkələr23:20
Video